12 İyun 2025 12:55 | Baxış Sayı: 47
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 12 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şuraya seçki keçirilib.
Tədbirdə fövqəladə hallar nazirinin müavini, Nazirlik yanında yeni İctimai şuranın seçki komissiyasının sədri Tapdıq Əmiraslanov iştirak edib.
Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 12 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 71 nəfər təmsilçidən 54-ü iştirak edib.
Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şura aşağıdakı tərkibdə formalaşıb: