12 İyun 2025 15:13 | Baxış Sayı: 25
Prezident İlham Əliyevdən həssas qruplara daha bir qayğı
Növbəti sosial islahat paketi çərçivəsində
müavinət və təqaüdlər də artırıldı
Şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr
və b. yönələn sosial ödənişlərdə artımlar edildi.
Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir.
İmzalanmış yeni Fərmana əsasən, 2025-cü ilin 1 iyulundan:
ü 81-100 faiz pozulmasına görə (I dərəcə) — 600 manata,
ü 61-80 faiz pozulmasına görə (II dərəcə) — 500 manata,
ü 31-60 faiz pozulmasına görə (III dərəcə) — 400 manata çatdırılır;
ü 0-6 yaş arası uşaq üçün — 500 manata,
ü 7-13 yaş arası uşaq üçün — 600 manata,
ü 14-18 yaş arası uşaq üçün — 650 manata çatdırılır.
ü 81-100 faiz pozulmasına görə (I dərəcə) — 300 manata,
ü 61-80 faiz pozulmasına görə (II dərəcə) — 250 manata,
ü 31-60 faiz pozulmasına görə (III dərəcə) — 180 manata çatdırılır;
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü — 350 manata çatdırılır;
ü “Xalq” fəxri adına görə — 300 manata,
ü “Əməkdar” fəxri adına görə — 200 manat çatdırılır;
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Əlil Təşkilatları İttifaqı