28 İyul 2025 12:29 | Baxış Sayı: 58
Moldova Respublikasında Azərbaycandan olan QHT-lərin təlim səfərləri olub.
20 – 27 iyul tarixlərində Moldova Respublikasında Azərbaycandan olan QHT-lərin təlim səfərləri olub. Səfərlər Moldovanın paytaxtı Kişnau (Kişinyov) şəhərində və bölgələrdə təşkil olunub. Məqsəd: Göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, ayrı-seçkilik və sosial təcridlə mübarizə üçün ümumi strategiyaların işlənib hazırlanması məqsədilə əlilliyi olan şəxslərin inklüzivləşdirilməsi və hüquqlarının təşviqi sahəsində əməkdaşlıq edəcək və qabaqcıl təcrübələri mübadilə edəcək Moldova Respublikası və Azərbaycan QHT şəbəkəsinin yaradılmasına kömək etməkdir.
Səfərdə Azərbaycan tərəfdən 25 nümayəndə, o cümlədən Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının (ƏTİ) 8 üzv təşkilatının nümayəndələri iştirak etmişlər. Beləliklə, Bu vaxta kimi beynəlxalq tədbirlərdə iştirak edən ƏTİ üzv təşkilatlarının sayı 12-yə çatıb.
Təlim səfərlərində Moldovanın 7 təşkilatında, o cümlədən Moldovanın paytaxtı Kişnau şəhərinin meriyasında görüşlər olub. Eyni zamanda Polşa, Ukraynadan nümayəndələr tədbirlərə qoşulublar. Təşkilatçılar tətəfində şəhər turu təşkil olunub.
Səfər GİZ Almaniyanın dəstəyilə həyata keçirilib.