28 İyul 2025 13:36 | Baxış Sayı: 28

Bu il əlilliyi olan 500-dən çox şəxsə reabilitasiya vasitələri

yaşadıqları ünvanlara aparılaraq təqdim edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan 500-dən çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

 Onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli qaldırıcı qurğu, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 1757  reabilitasiya vasitəsi verilib.

 Qeyd  edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının  Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təhvil verilir.

 Mərkəz tərəfindən bu sahədə səyyar xidmətlər qarşıdakı dövrdə də davam etdiriləcək.

 

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı

 

 

Bu il əlilliyi olan 500-dən çox şəxsə reabilitasiya vasitələri  yaşadıqları ünvanlara aparılaraq təqdim edilib
Preview