17 Oktyabr 2025 15:10 | Baxış Sayı: 2

III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının  Məskunlaşma Proqramı (UN-Habitatilə əməkdaşlığı çərçivəsində 15-17 oktyabr 2025-ci il tarixlərində Xankəndi və Bakı şəhərlərində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda Üçüncü Milli Şəhərsalma Forumunu (NUFA3) keçirilib.

      Üç gün davam edən tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynadı. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyiregional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılıb.  Tədbirdə 60-a yaxın ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

           Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar edilib.  

     Forumun rəsmi açılışı və növbəti günü Xankəndi şəhərində yeni istifadəyə verilmiş Konqres Mərkəzində, rəsmi bağlanışı isə Bakı şəhərində baş tutub. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən plenar sessiyalar Xankəndi və Şuşa şəhərlərindəki mədəni, şəhərsalma və infrastruktur layihələri ilə tanışlıqla yekunlaşacaq. Forum Bakıda iqlimədavamlı və sağlam şəhərlər, şəhər inkişafında texnologiyaların tətbiqi, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, yaşıl şəhər inkişafı naminə tərəfdaşlıq kimi mövzularda müzakirələrlə öz işini başa vurub.

     Forumun ikinci günü 16 oktyabrda Xankəndi Konqres Mərkəzində 6-cı panel müzakirədə Hamı üçün Şəhər Əlçatanlığının və İnklüzivliyinin təmin edilməsi mözusunda təqdimatlar olunub. Burada əsas hədələrən biri əlilliyi olan şəxslər üçün ətraf mühitin müyəssərliyinin təmin olunması olub.

 

Əlil Təşkilatları İttifaqı

 

 

 

III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.
Preview