17 Noyabr 2025 06:41 | Baxış Sayı: 17
Azərbaycanın idman tarixində ilk deflimpiya medalı
Yaponiyada keçirilən “XXV Yay Deflimpiya Oyunları”nda Azərbaycan öz idman
tarixində ilk deflimpiya medalını qazanıb.
Medalı ölkəmizi cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan
idmançımız Coşqun Əliyev qazandırıb.
Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8
finalda Cənubi Koreyadan Çoi Junho, ¼ finalda xorvatiyalı Tonzetiç Yosipi,
yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək
finala yüksəlib.
Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziyalı Dantas Pedroya məğlub olsa da,
Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan
deflimpiyaçı kimi tarixə düşüb.
Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli
Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osugi tərəfindən təqdim edilib.
Noyabrın 26-dək davam edəcək ümumilikdə 3 mindən çox idmançının iştirak etdiyi
“XXV Yay Deflimpiya Oyunları”nda ölkəmiz ilk dəfədir 6 idman növü üzrə 20 idmançı
ilə təmsil olunur.
Qeyd edək ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın
inkişafına xidmət edir.
Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.
Əlil Təşkilatları İttifaqı
