03 Dekabr 2025 07:59 | Baxış Sayı: 22

                                              3  Dekabr  Beynəlxalq  Əlilliyi olan Şəxslər Günüdür

           Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT  Baş  Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

      Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan  BMT Baş Məclisi tərəfindən  2006-cı ildə qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında"  Konvensiyaya qoşulub.

      Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

      İndi dünya əhalisinin təxminən 10 faizini əlilliyi olan şəxslər insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

     “Oriqami ” uşaq və yeniyetmələr ictimai birliyi  Bakı şəhəri Sabunçu rayonu  Maştağa, Nardaran və Bilgəh qəsəbələrində  yaşayan əqli və fiziki əlilliyi olan  6-17 yaşlı fərdlərin hüquqlarının qorunması və psixo-sosial inkişafı istiqamətində fəaliyyət göstərilir. Bu məqsədlə, ictimai birlik tərəfindən Maştağa qəsəbəsində Vüqar Hüseynov küc., giriş 16.  ünvanında  6-17 yaşlı xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrə  asudə vaxtın  məzmunlu və səmərəli təşkili, inklüziv təhsil, intellektual inkişaf, sağlam həyat tərzi sahəsində xidmətlər göstərilir.

                                                  

                                                         Əziz dostlar  !

 

                      Sizə davamlı və dayanıqlı inkişaf  uğurları arzulayırıq !

 

                                                                                                                     “Oriqami”  QHT

 

Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı

 3  Dekabr  Beynəlxalq  Əlilliyi olan Şəxslər Günüdür
Preview