Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Proqramın hədəfləri sırasında əmək, demoqrafiya, əhali sakinliyi və digər sahələr üzrə statistik göstəricilər sisteminin son beynəlxalq metodoloji tövsiyələrə uyğunlaşdırılmaqla inkişaf etdirilməsi, işçi qüvvəsinə, əlilliyi olan şəxslərin, peşə və orta ixtisas təhsili müəssisələri məzunlarının məşğulluğuna və s. dair statistik məlumatların hazırlanması və yayılması da yer alıb.
dp.pdf