26 Dekabr 2025 14:35 | Baxış Sayı: 31
Bu gün Əlil Təşkilatları İttifaqının iclası keçirilib.
İclasın gündəliyi:
1. ƏTİ-nin 2025-ci ilin yekunlarına və 2026-cı il prioritetlərinin müəyyən olunmasına aid iclasının keçirilməsi vaxtının təsdiqi.
2. Yeni üzvlərin qəbul olunması.
3. Cari məsələlər.
QƏRAR EDİLDİ:
1. ƏTİ-nin 2025-ci ilin yekunlarına həsr olunmuş iclası 2026-cı il yanvar ayının ikinci həftəsində keçirilsin;
2. “Kistik fibroz xəstələrinə yardım” ictimai birliyi ƏTİ-nin üzvlüyünə qəbul edilsin;
3. “Səssiz ünsiyyət – jest dilinin inkişafına dəstək” ictimai birliyi ƏTİ-nin üzvlüyünə qəbul edilsin;
4. ƏTİ-yə üzv olan təşkilatlar 2025-ci il üzrə fəaliyyətləri barədə yazılı hesabat hazırlayaraq növbəti iclasda təqdim etsinlər.
