20 Yanvar 2026 08:57 | Baxış Sayı: 2

20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyətin elan olunması barədə əhaliyə məlumat vermədən SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə müxtəlif qoşun növlərinin hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, günahsız əhali tanklardan və müxtəlif çaplı silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Fövqəladə vəziyyətin əhaliyə elan olunmasınadək SSRİ hərbçiləri 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri isə ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə sonra növbəti bir neçə gün ərzində Bakıda 21 nəfər öldürüldü, Neftçalada və Lənkəranda daha 8 nəfər qətlə yetirildi.
Ümimilikdə SSRİ qoşunlarının əhalini xəbərdar etmədən yeridilməsi nəticəsində Azərbaycanda 147 nəfər öldürülmüş və 744 nəfər yaralanmışdır. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardım və polis işçiləri də olmuşdur.
Bundan başqa bu hadisələr zamanı Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
ALLAH AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ, ƏRAZİ BÜTÖVLÜYÜ VƏ SUVERENLİYİ UĞRUNDA ŞƏHİD OLANLARA RƏHMƏT ELƏSİN.

20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Preview