04 Mart 2026 13:29 | Baxış Sayı: 97
Milli Koxlear İmplant Forumu 2026
Nizami Kino Mərkəzi, 04 mart 2026 il
P R E S S R E L İ Z
Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Koxlear İmplant Gününə həsr olunmuş və respublikamızda ilk dəfə keçirilən “Milli Koxlear İmplant Forumu 2026” baş tutdu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə Açlış edildi. Foruma start verildi.
Tədbiri Nazirliklərin səlahiyyətli nümayəndələri çıxış edərərk Dövlətimizin apardığı bu sahadə uğurlu addımlardan danışaraq auditoriyanı məlumatlandırdı.
Birinci paneldə isə Milli Məclisin 7 deputatı yer aldı.
İkinci paneldə isə neyrocərrahlar, otorinolarinqoloqlar, genetiklər, audioloqlar, loqopedlər və reabilitasiya mütəxəssisləri koxlear implant və reabilitasiya barədə geniş məlumat verdilər . Marifləndirici mövzularla çıxış etdilər.
Forumun məqsədi ölkəmizdə koxlear implant daşıyıcılarının həyat keyfiyyətini yüksəltmək və onların sosial inteqrasiyasını gücləndirməkdir.
Koxlear implantlı şəxslərə göstərilən dövlət qayğısının daha bir mühüm mərhələyə qədəm qoyması Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyi olaraq bizi dərin sevinc və qürur hissi ilə doldurur. Aidiyyəti qərarın qəbul edilməsi minlərlə ailənin, valideynin və koxlear implantlı uşaqların gələcəyi baxımından son dərəcə əhəmiyyətli, sosial yönümlü və humanist bir addımdır
Qeyd etmək istərdim ki, ölkəmizdə koxlear implant əməliyyatları ilə bağlı sosial və tibbi yanaşma 2015-ci ildən etibarən mərhələli şəkildə həyata keçirilməyə başlanmışdır. 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin bu məsuliyyəti öz üzərinə götürməsi isə koxlear implantlı uşaqların və böyüklərin həyatında yeni bir mərhələnin başlanğıcı olmuşdur. Bu addım yalnız əməliyyat mərhələsi ilə kifayətlənməyərək, uşaqların sonrakı inkişaf yoluna da real və davamlı dəstək vermişdir.
Əlil Təşkilatları İttifaqı